MDB-nin Daxili İşlər Nazirləri bu ölkədə toplanacaq

  • Müəllif: Firuzə
  • 05 Yanvar 2026 19:08

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası 2026-cı ildə Düşənbədə keçiriləcək. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat mərkəzi məlumat yayıb.

Sessiya zamanı MDB ölkələrinin Daxili İşlər Nazirlikləri arasında ilkin əməkdaşlıq perspektivlərinin, cinayətkarlığa qarşı mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi yollarının, eləcə də tərəfdaş ölkələrin nazirlikləri arasında qarşılıqlı fəaliyyətin digər cari məsələlərinin müzakirəsi planlaşdırılır.

2025-ci ildə MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası Sankt-Peterburqda keçirilmişdi.

Gununsesi.info