Media subyektləri daha 3 il vergiyə cəlb olunmayacaq

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2025 15:23

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Gununsesi.info xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Əlavə edək ki, 2026-cı ildə gələn il televiziya, radio və nəşriyyat sahəsinə 78 721 874 (78 milyon 721 min 874 manat) ayrılması proqnozlaşdırılır.

 

Gununsesi.info