“Avropalılar Rusiyanın ölməsini istəyirlər”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev “Bilik. Birinci” marafonunda çıxışı zamanı bildirib.
Siyasətçi qeyd edib ki, hətta Cənubi Osetiya və Abxaziya münaqişəsi zamanı belə, Rusiya prezidenti kimi avropalılarla sabit münasibətlər qurmağa çalışıb.
“Və düşünürdüm ki, onlar bizim narahatlıqlarımızı başa düşürlər. Amma təəssüf ki, sonrakı inkişaflar bunun əksini sübut etdi”, – Medvedev bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri Rusiyada deyilənlərin çoxunu başa düşmür, eşitmək istəmir və dövlətin süqutunu arzulayırlar.
Maqsud











