Almaniya kansleri Fridrix Merts gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına səfərini ləğv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Merts 22 sentyabrda Henri Kissincer mükafatını alması və Baş Assambleyada çıxış etməsi planlaşdırılırdı. Lakin onun rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) daxilində artan müxalifət səbəbindən planları dəyişdirildi.












