Mədəniyyət Nazirliyi təntənəli tədbirləri təxirə saldı

  • By admin
  • 14 Sentyabr 2022 13:42

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınır.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Məryəm Qafarzadə bildirib.

Onun sözlərinə görə, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır:
“Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır”.

Günay
Gununsesi.info