Mirzoyan da Moskvaya gedir…

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2024 10:12

Oktyabrın 7-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedəcək. Tədbir MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sözügedən iclasda iştirak məqsədilə XİN başçısı Ceyhun Bayramov Moskvaya səfər edib.

Gununsesi.info