MN: Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli itki verib

  • By admin
  • 30 Sentyabr 2020 15:41

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib”, nazirlikdən bildirilib.

 

 

Gununsesi.info