Moldovada parlament seçkilərində 100% bülletenlərin hesablanmasından sonra Prezident Maya Sandunun təsis etdiyi “Fəaliyyət və Həmrəylik” Partiyası (PAS) 50.2% səslə qalib gəlib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası elan edib.
Müxalifət partiyaları ümumilikdə 49.8% səs toplayıb. Bu səslərin demək olar ki, yarısı – 24.17% – liderlərdən biri sabiq prezident İqor Dodon olan Sosialistlər Partiyasının daxil olduğu “Vətənpərvər Seçki Bloku”na məxsusdur.
Parlamentdə yer alacaq digər partiyalar arasında Moldovanın Avropa inteqrasiyasını dəstəkləyən “Alternativ” bloku (7.96% səs), Renato Usatının Bizim Partiyası (6.2%) və Evdə Demokratiya Partiyası (5.62%) var.
Hesablamalara görə, Moldova daxilində keçirilən seçkidə PAS 44.13% səs toplayıb, xaricdəki səsvermə məntəqələrində isə 78.61% nəticə göstərib. Moldova daxilində müxalifət qüvvələri arasında lider olan “Vətənpərvərlik” bloku ölkə xaricində dördüncü yerə düşərək 5.03% səs toplayıb. Rusiyadakı məntəqələrdə isə əksəriyyət (67.44%) bu bloka səs verib, PAS 11.66% səslə ikinci yeri tutub.
“Müxalifət Moldova daxilindəki seçki məntəqələrində parlament seçkilərində qələbə qazanıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon TASS-a açıqlama verib.
Onun sözlərinə görə, müxalifət partiyaları ümumilikdə seçicilərin 49 faizinin dəstəyini qazanıb.
O əlavə edib ki, müxalifət hakimiyyətin qanun pozuntuları ilə bağlı materiallar toplayır və yaxın günlərdə onları ictimaiyyətə təqdim edəcək.
Dodon rəhbərlik etdiyi sosialistlərin “ölkəni Sandu rejimindən azad etmək üçün mübarizəni davam etdirəcəyini” bəyan edib.
Moldovanın Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, ölkə daxilində hakim Fəaliyyət və Həmrəylik Partiyası 44.13 faiz, Vətənpərvər blok 28,25 faiz, Avropayönlü “Alternativa” bloku 9.22 faiz, “Bizim Partiya” 6.35 faiz, “Demokratiya Evdə” partiyası isə 5.72 faiz səs toplayıb. Ümumilikdə müxalifət qüvvələrinin göstəricisi 49.54 faiz olub.
Sandunun partiyası isə daha yüksək nəticəni əsasən xarici seçki məntəqələrinin səsverməsi və parlamentə keçməyən partiyaların səslərinin yenidən bölüşdürülməsi hesabına əldə edib.
Moldova Prezidenti Maya Sandunun təsis etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 28 sentyabr seçkisinin nəticələrinə görə deputat mandatlarının bölüşdürülməsindən sonra parlamentdə çoxluğu qoruya bilər.
Gununsesi.info-nun məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının protokolların 99.52%-nin hesablanmasından sonrakı ilkin məlumatlarından bəlli olur.
Belə ki, PDS səslərin 50.03%-ni, Vətənpərvər blok – 24.26%, “Alternativ” partiyalar bloku – 7.99%, Bizim Partiya – 6.21%, Evdə Demokratiya Partiyası isə 5.63% səs toplayıb.
Qeyd edək ki, Moldova ərazisində seçkidə müxalifət üstünlük qazanıb. Burada PAS 44.13% səs toplayıb, parlamentə keçən müxalifət partiyaları isə ümumilikdə 49.54% səs alıb. “Vətənpərvər” blok – 28.25%, “Alternativ” partiyalar bloku – 9.22%, Bizim Partiya – 6.35%, Evdə Demokratiya Partiyası isə 5.72% səs qazanıb.
Moldova Prezidenti Maya Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyası parlament seçkisində səslərin 38,5 faizini, Sosialist Partiyası ətrafında formalaşan Vətənpərvərlik Bloku isə 33,6 faiz səs toplayıb.
Gununsesi.info xəbər verir ki, bu rəqəmlər Mərkəzi Seçki Komissiyası tərəfindən bülletenlərin 20%-i işləndikdən sonra açıqlanıb.
Məlumata görə, parlament seçkisi baş tutmuş hesab olunub. Seçkidə 1 milyon 596 min 530 seçici səs verib ki, bu da siyahılarda olanların təqribən 52 faizini təşkil edir. Moldova qanunvericiliyinə görə, seçicilərin 33 faizi iştirak etdikdə seçki baş tutmuş sayılır.
Moldovada parlament seçkisi başlayıb.
Gununsesi.info-nun “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 – red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.
Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt – 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.
Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun “Vətənpərvər bloku” göstərilir.











