Monqolustan Putini həbs etməməklə öhdəliklərini kobud şəkildə pozdu

Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında hərbi cinayətkar Vladimir Putini həbs etməkdən imtina edərək beynəlxalq öhdəlikləri pozub.

Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putinin Monqolustana səfəri ilə bağlı ilk xəbərlərdən sonra Kiyevin reaksiyası “güclü” olub: “Səfərdən əvvəl onlara aydın siqnal göndərdik. Ona məhəl qoyulmadı. Səfər başlayan kimi aydın mesaj göndərdik. Görünür, ona da məhəl qoyulmur”.

Kuleba qeyd edib ki, Ukrayna hakimiyyəti Putinin Monqolustan səfərindən sonra beynəlxalq tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir: “Gördüklərimə əsasən, Monqolustan Roma Nizamnaməsindən irəli gələn öhdəliklərini kobud şəkildə pozmağa qərar verdi”.

 

 

Gununsesi.info