Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək.
Dəyişiklikdə mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də nəzərdə tutulur.
Qanun qəbul ediləcəyi halda dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.












