Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.
Gununsesi.info-nun məlumatına görə, Suraxanı rayonunun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.
M.Ovçuyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.(Unikal)











