Müdafiə Nazirliyinin adına sosial şəbəkələrdə saxta hesablar açılıb

  • By admin
  • 13 Oktyabr 2020 18:13

MudafiəAzərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta teleqram kanalı və instaqram hesabı açılıb.
Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən nazirliyin yaydığı açıqlamada deyilir.

Nazirlik vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin saxta kanala (https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi) istinad etməməyə çağırıb:
“Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı və instaqram hesabı bu linklərdədir:
https://t.me/Azerbaijan_MOD
https://www.instagram.com/azerbaijan_mod

Gununsesi.info