Müğənni Şəhriyar Məhərrəmov sosial şəbəkədə dini mövzularla bağlı müzakirələrdə yazılan təhqiramiz şərhlərə etiraz edib.
Gununsesi.info-nun xəbərinə görə, sənətçi bildirib ki, dini inanclarını müdafiə etdiyini deyən bəzi istifadəçilərin şərhlərində söyüş və təhqirə üstünlük verməsi onu narahat edir.
O qeyd edib ki, inancsız insanlar arasında da təhqir yazanlar olsa da, bu halların daha çox dindarlar tərəfindən müşahidə olunduğunu düşünür.
Məhərrəmov səhifəsində heç kimin başqa bir istifadəçini təhqir etməsinə icazə vermədiyini vurğulayaraq, bu cür şərhləri sildiyini və müəlliflərini blokladığını bildirib.
Müğənni hesab edir ki, təhqir və söyüş heç bir dini dəyərə uyğun gəlmir. O, fikirlərini belə yekunlaşdırıb:
“Unutmayın ki, bu təfəkkürlə, bu beyinlə sizin inandığınız Allah, peyğəmbər, imam və s. hər kimdirsə, sizə mükafat verməyəcək. Buna əmin olun. Buna başa düşdüyünüz gün adam olacaqsınız”.
Elmar












