Muğam Müsabiqəsinin finalı Şuşada KEÇİRİLƏCƏK

  • By admin
  • 30 İyul 2022 10:27

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin finalı avqustun 5-də Şuşada olacaq.

Fonddan verilən məlumata görə, avqustun 6-da isə Cıdır düzündə Müğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə azyaşlı iştirakçılar da iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.

Gununsesi.info