Müharibədən sonra 1 ildə bərpa işlərinə bu qədər xərclənib

  • By admin
  • 07 Noyabr 2021 09:35

2020-ci il sentyabrın 27-də bu günə qədər bərpa işlərinin aparılmasına 114 milyon manata yaxın vəsait xərclənib.

Gunubsesi.info bildirir ki, bu barədə noyabrın 6-da Dövlət Komissiyasının (Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Dövlət Komissiyası) növbəti iclasında baş nazir və komissiya sədri Əli Əsədov məlumat

Məlumata görə, ” bütövlükdə dəymiş ziyanın aradan qaldırılması üçün indiyədək 113,7 milyon manat, o cümlədən infrastruktur (yollar, rabitə, su, elektrik və qaz təchizatı) üzrə 27,4 milyon manat, tikinti, təmir və bərpa işlərinə 50,0 milyon manat, Gəncə şəhərində 89 ailəyə çoxmənzilli evlərin alınmasına 6,6 milyon manat, kənd təsərrüfatı üzrə 1,4 milyon manat, sahibkarların dövriyyə vəsaitləri üzrə 4,8 milyon manat, nəqliyyat vasitələri üzrə 0,6 milyon manat, 8 təhsil müəssisəsində tikinti-təmir üzrə ilkin olaraq 7,4 milyon manat və əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyan üzrə təxminən 50 min vətəndaşımızı əhatə edən 12 370 ailəyə maddi yardımlar üzrə 15,5 milyon manat vəsait xərclənmişdir”.

Məlumata vurğulanır ki, ötən il 12 min 125 obyektdə (91,5 faiz) təmir, bərpa və tikinti işləri tam başa çatıb.

Komissiyanın noyabrın 6-da keçirilən iclasında daha 13 min 295 obyektin təmir və bərpası haqqında qərar qəbul edilib.

Məlumatda qeyd edilir ki, hazırda mindən yuxarı obyektdə tikinti və təmir işləri davam etdirilir.

“Bu və ya digər səbəblərdən təmir və tikintisinə başlanmamış obyektlərin sayı 76 və ya ümumi obyektlərin 0.6%-dir. Bu kateqoriyadan olan obyektlər üzrə zəruri dəqiqləşdirmələr aparılır”-məlumatda bildirilir.