“Azərbaycanda 28 may – Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanmasını ehtimal etmirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib:

“Çünki Əfv Komissiyasının iclasları hazırda keçirilmir. Bunun əsas səbəbi ölkədə çox böyük tədbirin keçirilməsi idi və bütün diqqət həmin istiqamətə yönəlmişdi.
Eyni zamanda, bundan bir qədər əvvəl — aprel ayında Milli Məclis tərəfindən amnistiya aktı qəbul edildi və bu, 20 mindən artıq şəxsə şamil olundu.
Humanizm və mərhəmət institutlarının eyni vaxtda tətbiqi o qədər də məqsədəuyğun sayılmır. Çünki hər iki halda əsas hədəf qrupu məhkumlardır.
Lakin cənab Prezident istənilən vaxt əfv sərəncamı imzalaya bilər”.
Şəbnəm Rəhimova











