Nəriman Həsənzadənin son durumu açıqlandı

  • Müəllif: Ayshan
  • 29 Dekabr 2025 12:58

Xalq şairi Nəriman Həsənzadə evə buraxılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

“Nəriman Həsənzadənin səhhəti yaxşılaşır. İki günə evə buraxıla bilər. Yenu ili evində keçirəcək. Onun müalicəsi palatada davam edir. Dializ davam edəcək”, – A.Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan isə sorğumuza cavab olaraq bildirilib ki, Xalq şairinin vəziyyəti ağır-stabil olaraq qalır.

“Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır”, – məlumatda qeyd edilib.

Nəriman Həsənzadənin 94 yaşı var. O, böyrək çatışmazlığından əziyyət çəkir. (teleqraf)

Gununsesi.info