
Rəssam Nağdəli Xəlilov vəfat edib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə “Facebook” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Ard-arda daha bir dostumuzu itirdik… Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssam Nağdəli Xəlilov vəfat etdi”.
O, bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.