Natiq Cəfərli:”Toyda israfçılığa qarşı çıxan deputatın qardaşı özünə dəbdəbəli toy edib”

  • Müəllif: admin
  • 07 Yanvar 2026 12:18

Deputat çıxıb deyir ki, dəbdəbəli toy etmək yanlışdır, bu “ənənəni” pozmaq, israfçılığı azaltmaq lazımdır – amma, elə həmin deputatın qardaşı, oğluna Dubayda fantastik dəbdəbəli toy edir.

Turizm prioritet elan olunur – amma, quru sərhədlər bağlı qalır.

Aqrar sahə önəmli elan olunur – amma son 3 ildə iribuynuzlu mal-qaranın sayı 200 mindən çox, qoyun-keçi sayı 1,5 mln. başa yaxın azalır.

Avropaya qaz satırırıq – amma, Bakının özündə belə qazla təminatda problemlər yaşanır.

Qeyri-neft sektorunun inkişaf etdiyini deyirlər – amma, neft-qaz tükənəndə halımızın yaxşı olmayacağı etiraf olunur.

Ölkənin 85 mlrd. valyuta ehtiyatı var – amma, bu ildən başlayaraq xaricdən sürətlə borclanmağa başlayacağıq.

Bir neçə ildir ki, ölkədə kərə yağı durmadan bahalaşır – amma, hökumət bu ildən kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırır ki, bu da qiymətlərin avtomatik 10% civarında yenidən bahalaşmasına səbəb olacaq.

Bax belə “amma”-larla dolu, “maraqlı” bir zamanda yaşayırıq…

 

Natiq Cəfərli

REAL Partiyasının sədri

Gununsesi.info