Venesuealanın müxalif lideri aldığı Nobel mükafatını Trampa verir

  • Müəllif: Orxan
  • 07 Yanvar 2026 12:18

Ötən il Nobel Sülh Mükafatına layiq görülmüş venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado mükafatı ABŞ prezidenti Donald Trampa vermək istədiyini deyib.

Gununsesi.info bildirir ki, o, bunu yanvarın 5-də ABŞ-nin “Fox News” telekanalına müsahibəsində səsləndirib.

Maçado yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ABŞ-yə gətirilməsini alqışlayıb, bunu “insanlıq naminə böyük addım” adlandırıb.

O əlavə edib ki, buna görə mükafatını Trampa vermək və şəxsən təşəkkür etmək istəyir.

Maçadonun sözlərinə görə, o, Trampla sonuncu dəfə telefonla oktyabrın 10-da Nobel Sülh Mükafatını qazandığı gün danışıb.

Maçado 2023-cü ildə Venesuelada müxalif qüvvələrin prezidentliyə namizədi seçmək üçün keçirdiyi seçkidə səslərin 93%-ini qazanıb. Lakin 2024-cü ildə keçirilən seçkilərdə Maduroya qarşı iştirakına icazə verilməyib.

O, bir ildən çoxdur ki, mühacirətdə, ictimaiyyətdən gizli şəraitdə yaşayır.

Tramp Maduronun devrilməsindən sonra keçirdiyi brifinqdə ABŞ-nin Venesuelanı idarə edəcəyini demişdi. Maçado ilə bağlı suala cavabında isə onun ölkə daxilində dəstəyinin olmadığını bildirmişdi.

Gununsesi.info