Natiq Qasımovun rənglənmiş yeni fotoları: “Hekayədən daha təsirlidir” - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olmuş Natiq Qasımov barədə demək olar ki, hər gün danışılır. Qarabağdakı qondarma rejimin ləğvindən sonra onunla bağlı müzakirələr aktuallaşıb.

Gununsesi.info xəbər verir ki, dizayner Rəsul Həsənov şəhidimizin əsir götürüldüyü zaman çəkildiyi fotolarını montajla rəngləyib.

Müəllifin fikrincə, Natiq Qasımovun hekayəsini əks etdirən görüntülər danışılanlardan daha təsirlidir:

“Birinci Qarabağ müharibəsi zamanı orada olan italyan fotoqraf və jurnalist Enriko Sarsini bütün bu hekayəni çəkib. Bu, əsl qəhrəmanın hekayəsidir. Fotoları tapan və üzə çıxaran kəslərə böyük təşəkkür düşür. Onun haqqında çəkilən “Oğul” sənədli filmi sayəsində bunlar üzə çıxdı”.

O bildirib ki, əlində bayraq olan fotonu 44 günlük müharibə zamanı (8 noyabr, 2020) rəngləyib və düşünüb ki, bu, yeganə fotodur: “Amma silsilə üzə çıxandan sonra hamısına rəng vermək qərarına gəldim. Fotolar kino kimidir. Əminəm hələ üzə çıxmayan nə qədər fotolar var”.

Məqaləyə dair fotomateriallar: