“Naxçıvanda yaşamaq asan deyil”: - Naxçıvanlı jurnalist Naxçıvandakı vəziyyətdən yazdı…

  • By Admin2
  • 15 İyun 2026 16:13

Naxçıvan təkcə coğrafi baxımdan deyil, həm də gündəlik həyatın yaratdığı çətinliklər baxımından ölkənin ən həssas bölgələrindən biridir.

Burada yaşayan insanlar illərdir həm müxtəlif idarəetmə problemlərinin, həm də blokada şəraitinin doğurduğu məhdudiyyətlərin yükünü daşıyırlar.

Xüsusilə də Naxçıvana səfər edən və ya oradan geri qayıdan insanların qarşılaşdığı çətinliklər bəzən sadəcə narahatlıq deyil, ciddi bir həyat problemidir.

Bu mənzərəni görən hər kəs anlayır ki, Naxçıvanın rahat nəqliyyat əlaqələrinə qovuşması artıq sadəcə arzu deyil, zərurətdir.

Gununsesi.info xəbər verir ki, naxçıvanlı jurnalist Sara Əzimova Muxtar Respublikadakı hazırkı hal-qəziyyədən yazıb.

O, bu barədə deyib:

“Naxçıvanda yaşamaq onsuz da asan deyil. İdarəetmədə şəxsi maraqların ön plana çıxması bir tərəfdən insanları yorursa, bu torpağa gedib-gəlməyin yaratdığı çətinliklər də digər tərəfdən əziyyət verir. Hava limanında yaşanan mənzərəni, saatlarla gözləyən insanların üzündəki yorğunluğu və narahatlığı görmək insanın ürəyini ağrıdır.
Naxçıvanlılar illərdir bu çətinliklərlə üz-üzədir. İnşallah, Zəngəzur yolu açılacaq, doğma torpaqlarımıza daha rahat və maneəsiz gedib-gələcəyik. Bu uzun illərin əzab-əziyyəti sona çatacaq. Biz bu istiqamətdə atılan addımlara inanır, Prezidentimizə güvənirik”.

Gununsesi.info