“Naxçıvanın hədəf alınması qəsdən atılmış addım təsiri bağışlayır”

İranın Naxçıvan hava limanına zərbə vurması məsələsində, əgər yalnız bir uçuş aparatı gəlsəydi, bunu təsadüfi hadisə kimi qiymətləndirmək mümkün olardı.Amma iki uçuş aparatının hədəfə yönəldilməsi göstərir ki, bu addımın qəsdən atıldığı düşünülür”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Ötən gün Pezeşkian da bölgə ölkələrinin ərazisinin hədəf alınması ilə bağlı açıqlama vermişdi.

Göründüyü kimi, burada başçının səlahiyyəti məhduddur, əsas söz sahibi Sepahdır. Sepah isə bölgəni qarışıqlığa sürükləməyə çalışır və Azərbaycanı da hədəf seçir. Hətta məhz Naxçıvanın hədəf alınması da diqqət çəkir. Məlumdur ki, bu məkan ABŞ-nin irəli sürdüyü üçtərəfli təşəbbüsün əsas hissələrindən biri sayılan Zəngəzur keçid yolu ilə bağlıdır. Göründüyü kimi, İran bu təşəbbüsü də hədəf alır”.

Siyasi şərhçi qeyd edib ki, bu addımla İran ciddi strateji səhvə yol verir:

“Azərbaycanın isə əlində Güney Azərbaycan amili var. Güney Azərbaycanlılar da bu məsələyə həssas yanaşmalıdır. Oradakı bir qrup Sepah yönlü rejimin Azərbaycanın hədəf alınması istiqamətində atdığı addımlar sonda onların tam uğursuzluqla üzləşməsinə gətirib çıxara bilər”.

Şəbnəm Rəhimova