Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”

  • By admin
  • 05 Avqust 2020 12:42

“2020-ci ilin ikinci yarımili üçün iqtisadiyyata təhlükələr var”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, bu təhlükələr, əsasən, gəlirlərin azalması ilə bağlıdır.

“Gəlirlər ona görə azalır ki, büdcəyə mədaxil azalır”, – deyə S.Şərifov əlavə edib. 

Nazir söyləyib ki, hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır. 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənməsi təklif olunur. 

Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.

Gununsesi.info