Netenyahunun oğlu adını dəyişdirdi

İsrailin Baş naziri Benyamin Netenyahunun oğlu Yair Netenyahunun rəsmi sənədlərdə adını dəyişdirdiyi məlum olub.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, o, adını Yonatan Hun kimi rəsmiləşdirib. Qərarın sosial şəbəkələrdə və ictimaiyyət arasında ünvanına səslənən kəskin tənqidlərdən sonra verildiyi bildirilir. İsrail mediası bu addımın təhlükəsizlik və şəxsi məxfiliyin qorunması ilə də əlaqəli ola biləcəyini yazır.

Oğul Netenyahunun bu qərarı ölkədə geniş müzakirələrə səbəb olub.

Gununsesi.info