Neyrocərrahiyyə əməliyyatlarına 1,7 milyon pul ayrılır

  • Müəllif: Firuzə
  • 07 Yanvar 2026 10:55

“İnnovasiya və Təchizat Mərkəzi” 2026-cı il üçün neyrocərrahiyyə əməliyyatlarının icrasında istifadə olunacaq tibb vasitələri və ləvazimatların satın alınması üzrə müsabiqə elan edib.

Gununsesi.info xəbər verir ki, satınalmanın qiyməti 1 milyon 724.649,76 manat təşkil edir.

Tenderin məqsədi neyrocərrahiyyə əməliyyatlarının keyfiyyətinin artırılması və tibbi ləvazimatların yenilənməsidir.

Müsabiqə 5 fevral 2026-cı ildə Bakı şəhəri, Xocahəsən şossesi ünvanında yerləşən “İnnovasiya və Təchizat Mərkəzi”  tərəfindən keçirilir.

Gununsesi.info