
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 2022-ci ilin may ayından bəri Nigeriyada difteriya səbəbiylə 1319 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) son 3 ildə ölkədə difteriyadan 1319 nəfərin öldüyünü bildirib. NCDC-nin Milli Difteriya Təcili Əməliyyatlar Mərkəzinin hazırladığı son vəziyyət hesabatına görə, son bir həftə ərzində ölkədə 23 yeni difteriya hadisəsi aşkar edilib.
2022-ci ilin may ayından bəri ölkənin bütün 36 ştatında 42 mindən çox hadisə qeydə alınıb və indiyədək epidemiyada 1319 nəfər həyatını itirib.
Digər tərəfdən, NCDC difteriya ilə mübarizə çərçivəsində yüksək yoluxma olan ərazilərdə peyvənd kampaniyasına başladı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə artan difteriya hallarına görə epidemiyanın ikinci dalğasının yaşandığını təsdiqləyib .
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində keçən il Nigeriyaya 9,3 milyon doza peyvənd göndərib.
Difteriya, digər adı ilə “quş təpəsi” “corynebacterium diphtheriae” mikroorqanizmi boğazda, burunda, gözdə və dəridə yerləşdikdə baş verir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.
Orxan