Norveç Fələstin dövlətini tanıdı

  • Müəllif: Sənan
  • 22 May 2024 11:03

Norveç Fələstini suveren dövlət olaraq tanıyıb.

Gununsesi.info -nun verdiyi xəbərə görə , bu barədə məlumatı ölkənin Baş naziri Yonas Qar Störe mətbuat konfransında açıqlayıb.

Sözügedən qərar mayın 28-də qüvvəyə minəcək.

Bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar.

Xatırladaq ki,  bundan əvvəl Avropa ölkələrindən yalnız İsveç Fələstin dövlətini tanıyıb.

Gununsesi.info