Oğuzda Şaxta baba ölüb

  • By ilhame
  • 31 Dekabr 2023 23:55

Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayon ərazisində keçirilən yeni il şənliklərindən birində baş verib.

 

Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb.

 

Gununsesi.info