Öküz ilində doğulan məşhurlar – Siyahı

  • By admin
  • 09 Yanvar 2021 16:59

Bildiyiniz kimi, 2021-ci il Öküz ilidir.

Gununsesi.info bildirir ki, Kulis.az bu münasibətlə Öküz ilində doğulan məşhur mədəniyyət və ədəbiyyat xadimlərini təqdim edib.

Şıxəli Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) – Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru.

Əli Zeynalov (4 aprel 1913, Salyan, Bakı quberniyası – 4 yanvar 1988, Bakı) – Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti.

Əliağa Ağayev (9 mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) – Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti.

Ənvər Məmmədxanlı (15 fevral 1913, Göyçay, Bakı quberniyası – 19 dekabr 1990, Bakı) – Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, Xalq yazıçısı.

Əhməd Cəmil (20 oktyabr 1913, İrəvan – 27 sentyabr 1977, Bakı) – Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı.

Hökümə Qurbanova (11 iyun 1913 – 2 noyabr 1988) – görkəmli Azərbaycan kino və teatr aktrisası, SSRİ Xalq artisti.

Bəxtiyar Vahabzadə (16 avqust 1925, Nuxa – 13 fevral 2009, Bakı) – Görkəmli Azərbaycan alimi, şairi, ictimai xadimi. Xalq şairi.

Bəşir Səfəroğlu (11 mart 1925 – 23 mart 1969) – Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1968).

Zəroş Həmzəyeva (22 mart 1925 – 6 iyun 2004, Bakı) – Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq Artisti.

Rauf Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) – müğənni, Xalq artisti.

Fərman Kərimzadə (3 mart 1937 – 17 mart 1989) – azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Eldəniz Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) – görkəmli Azərbaycan aktyoru, Xalq artisti.

Aqşin Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) – Bəstəkarı, Xalq artisti, professor, Azərbaycan SSR dövlət mükafatı laureatı.

Emin Sabitoğlu (2 noyabr 1937, Bakı – 18 noyabr 2000, Bakı) – Bəstəkar, Xalq artisti

Musa Yaqub (10 may 1937, İsmayıllı) – Xalq şairi

Nigar Rəfibəyli (23 iyun 1913 – 9 iyul 1981, Bakı) – Şair, tərcüməçi, Xalq şairi.

Almas Əsgərova (23 yanvar 1949 – avqust 1988) – azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmindəki Şəms roludur.

Nailə Mirməmmədli (23 may 1961, Bakı – 4 yanvar 2021) – bəstəkar, Əməkdar incəsənət xadimi.

Həmid Herisçi (29 aprel 1961, Bakı) – Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.

Elçin Hüseynbəyli (23 dekabr 1961, Cəbrayıl rayonu) – nasir, yazıçı-dramaturq, publisist.

Gülyanaq Məmmədova (10 iyun 1973, Şəki) – Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Xalq artisti.

Azər Axşam (23 fevral 1973) – Azərbaycanlı aktyor, televiziya aparıcısı.

Elşən Orucov (14 yanvar 1985, Bakı) – Azərbaycanlı aktyor, “Bozbash Pictures” layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır.

Pərviz Bülbülə (1 aprel 1985, Bakı) – Meyxanaçı. Daha çox musiqili meyxanaları ilə tanınır

Xəyalə Manaflı (19 mart 1985, Bakı) – müğənni, televiziya aparıcısı.

Gununsesi.info