Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı – FOTO

  • By admin
  • 05 Sentyabr 2021 18:52

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 977 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 235 274, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 358 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 480 təşkil edir.