Ölkədəki bu bahalıq inhisarçılıqdan doğur - QUBAD İBADOĞLU YAZIR

  • By admin
  • 09 İyul 2023 10:06

Azərbaycanda bəzi idxal məhsullarının qiymətləri dəhşətli dərəcədə bahadır. Gəlin sizə 1 örnək verim, digərlərini də siz yazın. Baxın, hazırda Türkiyədə Migrosun online satış mağazasında Erikli 1.5 L Doğal Kaynak Suyu 39,95 TL-dir, yəni 1.5 litrlik Erikli suyun 1 ədədinin qiyməti 6.65 TL və ya Azərbaycan manatı ilə 43 qəpikdir. Bunu təsdiq edən linki şərh bölməsində yerləşdirirəm.

Gəlin görək, Bravoda həmin su neçəyə satılır. Online satış mğazasında 1.5 LT Erikli qazsız su ₼ 3.19 /ədəd. satılır, yəni Türkiyədəki qiymətdən 7.41 dəfə bahadır. Linki şərh bölməsində yerləşdirirəm.

Diqqət edin, hər 1 butulka suyun qiymətində 2 manat 76 qəpik fərq vardır. Təbii ki, bu məbləğə daşınma xərcləri də daxildir. Amma bu mal uzaq Braziliyadan deyil, qonşu Türkiyədən gəlir, bəs nədən Azərbaycanda bu qədər baha satılır?

Hesab edirəm ki, qiymətlərin heyrətamiz dərəcədə bahalılığı gömrük prosedurları, gömrükdə əlavə xərc yaradan məsrəflərin çoxluğu və inhisarçılığın mövcudluğu əlaqədadardır. Sizcə bunu nə ilə izah etmək olar?

Qubad İbadoğlu