
Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpa işləri aparılacaq.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti müvafiq işlərə başlayıb.
Belə ki, su anbarının II növbəsinin tikintisi texniki-iqtisadi əsaslandırılması və layihə smeta sənədlərinin hazırlanması əsasında Viləşçay su anbarında (qülləli suburaxıcı qurğu) təmir-bərpası işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasının 6,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.