Ölmüş generalın əmlakına həbs qoyuldu

  • By admin
  • 19 Yanvar 2022 11:45

Qanunsuz əldə olunmuş əmlakın müsadirə edilməsi üzrə məhkəmə Ermənistan parlamentinin keçmiş deputatı, general-leytenant Manvel Qriqoryanın, onun həyat yoldaşınnın və uşaqlarının əmlakına həbs qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə “News.am” saytı ölkənin Baş prokurorluğuna istinadla məlumat yayıb.

Bildirilib ki, generalın həyat yoldaşı, oğlu və qızı Qriqoryana bağlı şəxslər kimi iş materialları ilə tanış olmaq və mövqelərini bildirmək üçün prokurorluğa çağırılıb.

Prokurorluğun yaydığı məlumatına görə, vərəsəlik hüququ ilə onlara məxsus əmlak müsadirə edilməlidir. Eyni zamanda, istintaq orqanı qeyd edib ki, ölüm faktı qanunsuz əldə edilmiş əmlakın müsadirəsini istisna etmir.

Xatırladaq ki, Manvel Qriqoryan 1992-ci ildə Üçkilsə (Eçmiədzin) taborunun komandiri kimi Azərbaycanın ərazi bütövlüyünə qarşı müharibədə iştirak edib. 2018-ci ildə ona məxsus istirahət mərkəzinin zirzəmisində silah-sursat cəbbəxanası, həmçinin ordu üçün nəzərdə tutulan onlarla ton ərzaq aşkar edilib. Haqqında cinayət işi açılaraq həbs olunan Qriqoryan 2020-ci ilin noyabrında vəfat edib.

Gununsesi.info