“Optimal Electronics”də “qara kassa” əməliyyatı - VƏTƏNDAŞA ÖDƏDİYİ PULA GÖRƏ QƏBZ VERİLMİR

  • By admin
  • 18 Aprel 2023 12:35

Azərbayanda elektronika məhsulları bazarının tanınmış  şəbəkəsindən  biri  olan «Optimal Elektronics»da  son zamanlar vətəndaşlar qanunsuzluqlarla üzləşir.

Ən təəccüblüsü isə Dövlət Vergi Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu mağazalar şəbəkəsi ilə bağlı şikayətlərə laqeyid yanaşmasıdır.

Gununsesi.info-ya müraciət edən Bakı Şəhər sakini İsmayıl Səlimov  «Optimal Elektronics» mağazasında üzləşdiyi görünməmiş qanunsuzluq haqqında danışıb.

Uzun illərdir ki, bu mağazanın müştərisi olduğunu vurğulayan İsmayıl Səlimov deyir ki, indiyədək bu şəbəkədən 100  min manata yaxın dəyərində alış-veriş edib: “Sonuncu dəfə təxminən 12500 manatlıq malı kredit müqaviləsi ilə aldım. Hər zaman olduğu kimi bu dəfə də hər ay vaxtı çatan kim krediti ödəmişəm. Mən həmişə krediti özümə məxsus “Miles” kartla ödəmişdim. Bu kartla ödəyəndə təyyarə bileti üçün millər toplanırdı, həmçinin ƏDV alırdım. Kartın digıər üstünlükləri də var. 

6-cı ay mağazaya yaxınlaşanda bildirdilər ki, hansısa problem var və ona görə də ödənişi hansısa başqa bir karta edin. Telefonla başqa bir karta köçürmə etdim. Ancaq həmin kartın kimə məxsus olduğunu bilmirəm. Sadəcə olaraq, mağaza rəhbərliyi belə təklif etdi. Məni əmin etdilər ki, ƏDV də özünüzə qayıdacaq.

Bu proses daha 3 ay davam etdi. Hər dəfə məni aldatdılar. Artıq anladım ki, burada “qara kassa” əmliyyatından söhbət gedir. Odur ki, mənə ƏDV-ni vermədiklərinə, ödədiyim pullara görə hər hansı qəbz almadığıma görə şüurlu olaraq, 8-ci aydan sonra ödəməni dayandırdım”.

İsmayıl Səlimov deyir ki, üzləşdiyi bu qanunsuzluqla bağlı  Dövlət Vergi Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciətlər edib: “Vergidən bildirdilər ki, şikayət qeydə alınıb, amma komeral yoxlama zamanı buna baxacaqlar. Əslində dövlət orqanının borcudur ki, vətəndaşların şikayətlərinə qanunla müyyən oliunmuş və ağlabatan zamanda baxsın. Ancaq görünür, vergi orqanının da burada hansısa marağı var. Yoxsa, mənim şikayətimi nədən özünün nə zamansa həyata keçirəcəyi yoxlama dövrünə salmalıdır? İqtisadiyyat Nazirliyinin digər qurumu – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də şikayətimə baxmadı. Bildirdilər ki, bu barədə yalnız vergi orqanına müraciıt edilməlidir”.

Vətəndaş onu da deyir ki, mağaza əməkdaşları alqı-satqı müqaviləsində qeyd olunan yaxınlarına məxsus telefon nömrələrinə naməlum nömrələrlə zəng edib narahat edir: “O zaman başqasını axtarmaq olar ki, müştəri tapılmır. Ancaq bunlar hər gün mənimlə danışdıqları halda qohum-əqrabanı da narahat edir. Mən həmin nömrələrlə bağlı polisə də müraciıt etmişəm”. 

İsmayıl Səlimov adıçəkilən mağazada üzləşdiyi mənzərəni də telefonla çəkərək, redaksiyamıza təqdim edib.

Gununsesi.info olaraq, “Optimal Electronics”in bu qanunsuzluğu ilə bağlı mağazalar şəbəkəsinin özündən və vergi orqanından münasibət öyrənməyə çalışacağıq. 

 

Afət Abbasova

Gununsesi.info