Ordu generalı əmr verdi - Qardaş ölkə rəsmi şəkildə başladı

  • By admin
  • 01 Yanvar 2021 16:29

Pakistan “JF-17 Thunder Blok III” tipli döyüş təyyarələrinin kütləvi istehsalına rəsmi şəkildə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, istehsal prosesi “Kamra” Pakistan Aviasiya Kompleksində (PAC) ordu generalı Mücahid Ənvər Xan tərəfindən başladılıb.

Mərasimdə Pakistan-Çin müştərək istehsalı olan “JF-17 Thunder Blok II”nin təqdimatı da baş tutub.

62 ədəd “JF-17 Thunder Blok III” təyyarəsi 2024-cü ilə qədər Pakistan ordusuna təhvil veriləcək.

Gununsesi.info