Ötən il 441 nəfər Azərbaycana readmissiya olunub

  • By Günel
  • 06 Fevral 2025 09:48

Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Gununsesi.info