Özbəkistan Qırğızıstanla sərhəddəki divarı sökdü

Özbəkistan və Qırğızıstan sərhədində 2010-cu ildə qoyulmuş divarı Özbəkistan tərəfi uçurub.

Gununsesi.info Özbəkistan mediasına istinadla xəbər verir ki, sosial şəbəkələrdə divarın sökülməsini əks etdirən video yayılıb. Məlum olub ki, hadisələr Qırğızıstanın Cəlalabad vilayəti ilə Özbəkistanın Əndican vilayətinin sərhədində baş verir.

Qırğızıstan sərhəd xidməti bildirib ki, Özbəkistan tərəfi 2010-cu ildə Özbəkistan tərəfindən birtərəfli qaydada dağıdılan Bəyabad-Xanabad keçid məntəqəsində divarı sökür. Həmin vaxt Oş vilayətində Qarasu və Qara-Baqış keçid məntəqələri də bağlanmışdı.

Bildirilir ki, tezliklə bütün bu məntəqələr yenidən açılacaq. Qırğızıstan tərəfi bu məntəqələrdə vətəndaşların keçidini bərpa etməyə tam hazırdır. İki ölkənin hakimiyyət orqanları arasında əlavə keçid məntəqələrinin açılması haqqında saziş son bir neçə ildə müzakirə olunub.

Açılışın məqsədi nəqliyyat yük axınlarının tranzitini tənzimləməkdir.

 

 

Gununsesi.info