Özünü hər qapıdan içəri dürtməyə çalışır - JURNALİSTDƏN DEPUTATA İRONİYA

  • By admin
  • 26 Dekabr 2022 11:50

Avropa yaşayan jurnalist Cavanşir Həsənli Milli Məclisin biznesmen deputatı Kəmaləddin Qafarovu qınaq obyektinə çevirib.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış jurnalist deputatın xarici siyasət məsələləri ilə bağlı açıqlamalarının qeyri-ciddi qarşılandığını yazıb.

Cavanşir Həsənli yazır:

Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür, onkoloqdur, səhiyyə oliqarxı, dərman monopolistlərindən biridir.

Ancaq bütün günü Azərbaycanın xarici siyasətindən, beynəlxalq əlaqələrindən danışır. Onkoloji xəstəliklər gəncləri məhv edir, səhiyyənin problemləri insanların ömrünə oturub, bu xarici siyasət sahəsində ekspertlik edir.
Özünü hər qapıdan içəri dürtməyə çalışır”.

Qeyd edək ki, bəzi qeyri-populyar saytlarda deputatın Azərbaycanın Serbiya ilə münasibətlərinə dair açıqlaması yayılıb.

Mətləb Yaqublu

Gununsesi.info