Pakistan HHQ-nin vitse-marşalı Bakıya gələcək

  • By admin
  • 14 İyun 2021 14:49

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 15-də ölkəmizə səfər edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HHQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair təqdimatlar veriləcək.