Pakistanda musson fəlakəti

  • Müəllif: Orxan
  • 18 Avqust 2025 10:04

Pakistanda musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələrindən sonra axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayı 344-ə yüksəlib, 150-dən çox insan itkin düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın şimal-qərbində minlərlə xilasetmə işçisi palçıq altında itkin düşənləri axtarmağa davam edir.

Bölgədə musson mövsümü olduğu üçün yağışda axtarış-xilasetmə işləri aparılır.

Təbii fəlakətdən ən çox zərər çəkən Xeybər vilayətinin Buner rayonunda 10-12 kənddə kütləvi dağıntılar olduğu bildirilir

Təkcə bu ərazidə ölənlərin sayının ən azı 208 olduğu bildirilir.

Şanqla rayonunda da onlarla insan itkin düşüb.

Orxan

Gununsesi.info