Pakistan Əfqanıstanda Talibanın sığındığı iddia edilən yerləri bombalayıb.
Gununsesi.info xəbər verir ki, adının açıqlanmasını istəməyən iki Pakistan təhlükəsizlik və kəşfiyyat rəsmisinə əsaslanan məlumata görə, ordu bu gün səhər saatlarında Əfqanıstanın Pakistan sərhədindəki Xost və Pktika əyalətlərində Pakistan Talibanına aid olduğu iddia edilən sığınacaqları bombalayıb.
Pakistan ordusu məsələ ilə bağlı açıqlama verməsə də, Pakistan Talibanı hücumları təsdiqləyib.
Əfqanıstandakı Taliban administrasiyasının sözçüsü Zəbihullah Mücahid hücumları pisləyərək, açıqlamasında Pktikanın Barmal bölgəsində, 2 qadının isə Xostdakı hücumlarda öldüyünü bildirib.
Martın 16-da Pakistanın Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində bir hərbi məntəqəyə bomba yüklü maşınla hücum edilib, ardınca çoxlu sayda intiharçı hücumu olub. Hücumlar və sonrakı əməliyyatlar zamanı 7 Pakistan əsgəri həyatını itirib, 6 hücumçu isə öldürülüb.
Pakistan prezidenti Asif Əli Zərdari əsgərlərin dəfn mərasimində iştirak edib və qisas alacağını vəd edib.
Gununsesi.info