Parisin ən çox turist qəbul edən məkanlarından biri bağlanır

  • By admin
  • 27 Yanvar 2021 11:14

Fransanın paytaxtı Parisin mərkəzindəki məşhur “Pompidou” Mərkəzi 3 il bağlanacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, mərkəz 2023-cü ildən 2026-cı ilədək təmir üçün bağlanacaq.

Mərkəzdə dünyanın ən böyük müasir sənət kolleksiyalarından birinə sahib olan və dünyanın ən çox ziyarət edilən qalereyaları arasında yer alan Milli Müasir İncəsənət Muzeyi yerləşir. Ancaq müasir dizaynına baxmayaraq, binada fəsadlar qeydə alınıb və tam təmirə ehtiyacı var.

Qeyd edək ki, bina 1977-ci ildən bəri əhəmiyyətli dərəcədə təmir olunmayıb.

“Pompidou” Parisin turist qəbul edən ən qələbəlik məkanlarından biridir.

Gununsesi.info