Son günlər aparıcı Tolik və müğənni Səidə arasında yaranan qalmaqal müzakirələrə səbəb olub.
İnsanların böyük əksəriyyəti məsələ haqqında tədbir görülməyini istəyir.
İctimai-siyasi şəxslər isə öz münasibətini bildirib.
Gununsesi.info xəbər verir ki, sözügedən hadisəyə siyasətçilər də münasibət bildirib.
Bu barədə saytımız Real Partiyasının sədri Natiq Cəfərli deyib ki, xəbərlər düzdürsə, Azərbaycan TV-lərində bayağı, əttökən verlişlər bağlanır:
“Əla, dəstəkləyirəm, indi yəqin ki, boş qalan efir vaxtını ölkədəki sosial-iqtisadi problemlərin, hər gün artan qiymətlərin müzakirəsinə, siyasi debatlara, ciddi diskurs yaradan mövzulara həsr edərlər”, – deyə o, həmçinin qeyd edib.
Qeyd edək ki, aparıcı Elgiz və Tolikin verilişlərinin bağlanma xəbəri yayılsa da, bu barədə dəqiq məlumat verilməyib.
Orxan











