Paşinyan rəsmi sənəddə evli olduğunu bildirib

  • By Admin2
  • 19 İyun 2026 12:51

Ermənistanın Baş naziri Nikol Paşinyan illik əmlak və gəlir bəyannaməsini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bəyannamədə daşınmaz əmlak kimi ortaq sahibi olduğu İcevandakı bir mənzili bəyan edib.

Son bir ildə Paşinyanın gəliri maaş olaraq aldığı 31 milyon 882 min 198 dram, gəlir vergisi geri ödəmələrindən 4 milyon 768 min 480 dram, partiyadan royalti olaraq 500 min dram və Zayed İnsan Qardaşlığı Mükafatı Komitəsindən 500 min dollar (təxminən 185 milyon dram) təşkil edib.
Beləliklə, Paşinyanın ümumi illik gəliri təxminən 222 milyon dram təşkil edib. Bəyannamənin təqdim edildiyi tarixə qədər Paşinyanın bank hesabında 4 milyon 18 min 75 dram, 700 min dram nağd və 800 dollar olub.

Nikol Paşinyanın bəyannaməsində Anna Akopyanla rəsmi qeydiyyatdan keçmiş nikahı olmasa da, onun ailə vəziyyəti “evli” kimi göstərilib.

Xatırladaq ki, bu ilin 27 fevralında Anna Akopyan Nikol Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda “Mənim addımım” fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.

Maraqlıdr ki, Baş naziri Nikol Paşinyan parlament seçkisindən sonra – iyunun 15-də Anna Akopyanla bağlı qərar imzalayıb.

Qərara əsasən, Anna Akopyan iyunun 26-dan iyulun 4-dək ABŞ-da səfərdə olacaq.

O, Dünya Birinci Xanımlar Akademiyasının illik tədbirində iştirak etmək üçün New York şəhərinə gedəcək.

Səfərlə bağlı xərclərin, o cümlədən gündəlik və yaşayış xərclərinin Ermənistan Baş nazirinin Aparatı tərəfindən müəyyən olunmuş qaydada ödəniləcəyi bildirilib.

Gununsesi.info