Paşinyan yeni nazirlik yaradır

  • By admin
  • 24 Noyabr 2022 13:17

Ermənistanda yeni nazirlik yaradılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, yeni layihədə Daxili İşlər Nazirliyinin yaradılması nəzərdə tutulur. Belə ki, yeni yaradılacaq nazirliyin tərkibinə üç xidmət daxil olacaq: polis, xilasetmə xidməti və miqrasiya və vətəndaşlıq xidməti.

Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan layihə haqqında məlumat verərək bildirib ki, xidmət rəhbərlərini Baş nazir, müavinləri isə daxili işlər nazirinin təklifi ilə vəzifəyə təyin və vəzifədən azad edəcəklər.

Gununsesi.info