Paytaxtda piyadanı maşın vurdu

  • By admin
  • 16 İyun 2021 23:50

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Gununsesi.info  xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Mahmudova Nigar Mehdi qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .

Gununsesi.info