Polad Bülbüloğlu: “Azərbaycan ərazi bütövlüyünü bərpa etmək əzmindədir”

  • By admin
  • 07 Oktyabr 2020 08:46

Azərbaycan Dağlıq Qarabağı işğaldan azad etmək əzmindədir.

Gununsesi.info bildirir ki, bu sözləri TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu söyləyib.

“Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində anti-terror əməliyyatı aparır və ya əməliyyatları Ermənistanı barışığa məcbur etmək adlandırmaq olar, amma mahiyyət etibarilə bu, bütün dünya birliyi tərəfindən Azərbaycan ərazisi kimi tanınan əzəli torpaqlarımızın azadlığı üçün vətən müharibədir”, – deyə azərbaycanlı diplomat Dağlıq Qarabağ hadisələri ilə bağlı sualı cavablandırarkən bildirib.

“Artıq işğal olunmuş ərazilərin bir hissəsini azad etməyi bacarmışıq, hərbçilərimizin uğurları davam edir. Biz ərazi bütövlüyümüzü bərpa etmək əzmindəyik”, – deyə P. Bülbüloğlu fikrini tamamlayıb.

Gununsesi.info