Polisin karantinə görə yazdığı cərimə hara gedir?

  • By admin
  • 15 Yanvar 2021 17:38

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi iddiaları heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır: “Məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur. Müvafiq icazəsi olmadan aşkarlanan 7 faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır. Buradan da görünür ki, polisin niyyəti heç də ucdantutma, kütləvi protokol yazmaq deyil, insanların sağlamlıqlarını, təhlükəsizliklərini qorumaq və mühafizə etməkdir. Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.

Gununsesi.org