“Prezidentə sui-qəsd” kitabının təqdimatı keçiriləcək

  • Müəllif: Orxan
  • 10 Fevral 2026 15:13

Yazıçı, jurnalist İlham Tumasın “Prezidentə sui-qəsd” adlı kitabının təqdimatı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, təqdimat 15 fevral saat 16:00-da “Crescent Mall”un 4-cü mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında baş tutacaq.

“Gizli cinayətlər-2” silsiləsindən olan kitabda Azərbaycanın yaxın siyasi tarixində baş vermiş səs-küylü və qaranlıq qalan məqamlar arxiv materialları əsasında təqdim olunur. Təqdimat zamanı İlham Tumas oxucuların suallarını cavablandıracaq, kitabın yazılma prosesi və araşdırma detalları barədə danışacaq.

Gununsesi.info